Bakıda ilk dəfə olaraq sosial sahibkarlıq kampı keçirilib

950A2768
Standard

Bir neçə gün əvvəl, Bakıda ilk dəfə Social Innovation Lab – in təşkilatçılığı ilə Sosial Sahibkarlıq kampı keçirilib. Social Enterprise Bootcamp adı altında tam günlük programda, gənc peşəkarlardan və fərqli universitetlerin tələbələrindən ibarət 27 iştirakçı 5 fərqli sosial problemin həllində baş sındırıblar. Maraqlı olan odur ki, ödəniləcək birinci şərt həmin problemlərin, biznes potensialı olan innovativ bir üsul ilə həll edilməsi olub.

Programda iştirakçıların qarşısına gənclər arasında işsizlik (jobgenius), alternativ gəlir mənbələrinin azlığı (jobshare), məktəblilər arasında mütaliyəyə meyliliyin azlığı (kitapp), savadlı tibbi ekspertlərin azlığı (sağlam ol), Azərbaycan dilində informasiya resurslarının məhdud olması (666) olmaqla 5 sosial problemin innovativ yollarla həlli məqsəd qoyulub. Bu prosesdə 4 təlim sessiyası, 3 praktiki sessiya və təqdimat sessiyası olmaqla 8 intensiv sessiya yer alıb. Sessiyalarda iştirakçıları Social Innovation Lab – in əsas təlimçisilə bərabər həm də biri Niderlandlı olmaqla 4 mentor istiqamətləndirib. Günün sonunda 5 fərqli sosial problemi öz innovativ yanaşmaları ilə həll edən gənc peşəkarlar jurilərin qarşısına çıxaraq layihələrinin təqdimatlarını ediblər. Bir-birindən maraqlı yanaşmalarla yadda qalan layihələr arasında alternativ gəlir mənbələrinin azlığı sosial probleminə öz innovativ layihələrilə həll gətirən jobshare (hazırki adı işkolik) komandası qalib gəlib. Qalib komanda Social Innovation Lab – in Startup Factory diviziyasına dəvət edilib və hazırda fəaliyyətinə davam edir.

Onu da qeyd edək ki, artıq Qərqdən Şərbə, Silikon Vadisindən Banglora, Londondan Kenyaya qədər hər kəs cəmiyyətdəki və biznes dünyasındakı yeni istiqamət haqqında: Sosial Biznes haqqında danışır. Azərbaycana isə dünya trendi olan Sosial Innovasiya konseptini Social Innovation Lab gətirir və Şikayət etmə, Həll et sloganı altında liderlik edir.

Kamp proqramı və kampla bağlı digər məlumatları buradan daha ətraflı  öyrənə biləriniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *